IP telefoniya, son vaxtlar sürətlə inkişaf edən rabitə vasitəsi olmuşdur. Müasir texnologiyaların inkişafı ünsiyyət qurmaq üçün gözəl imkanlar yaratmışdır. IP telefoniya IP protokolu istifadə edərək internet vasitəsilə telefon bağlantısıdır. IP telefoniya xidməti SIP nömrələr üzərindən kompüter, mobil telefon, hətta stasionar telefon kimi kommunikasiya vasitələri ilə təmin olunur. Siqnal bir qayda olaraq, informasiya itkisini aradan qaldırmaq və şəbəkə yükünü azaltmaq üçün rabitə kanalından rəqəmsal formada ötürülür. IP telefoniyanın əsas üstünlüklərindən biri də rabitə xərclərinin azaldılmasındadır. Bir çox hallarda VoIP ünsiyyəti pulsuzdur.

 

Qoşulma sxemi