ADSL (Asimmetrik Rəqəmsal Abunəçi Xətti) məlumatları yüksək sürətlə ötürən internet texnologiyalarıdır. ADSL texnologiyasında yüklənən axının sürəti ötürülən axının sürətindən yüksək – yəni asimmetrik olur. Abunəçilər bu internet texnologiyaları vasitəsilə internetə adi telefon xətləri üzərindən qoşulur. Məlumatın verilməsinin daha sürətli yollarının peyda olmasına baxmayaraq, ADSL texnologiyası hələ də genişzolaqlı şəbəkə məlumatının verilməsi bazarında lider olaraq qalır.

Smart Online abunəçiləri sürətli və etibarlı internet qoşulmasını ən sərfəli qiymətlərlə əldə edir. Xidmətə qoşulmaq pulsuzdur.

Üstünlüklərimiz:
– Kəsilməz, yüksək sürətli və etibarlı qoşulma;
– Münasib qiymətlər;
– Pulsuz qoşulma;
– Professional komanda tərəfindən pulsuz texniki dəstək;

Statik IP

Hər bir Smart Online abunəçisi Static IP xidmətindən istifadə edə bilər. Statik IP ilə siz təhlükəsizlik kameralarına, terminal serverlərə və digər avadanlıqlara internet vasitəsi ilə qoşula bilərsiniz.Statik IP əldə etmək üçün şirkətin Müştəri Xidmətləri ofisinə və müvafiq ərazi üzrə Dilerlərimizə müraciət edə və ya Elektron Məktub göndərə bilərsiniz.

Qoşulma sxemi