“Smart Online” İnternet Provayderi şirkətlər və təşkilatlar üçün GPON texnologiyası üzərindən göstərilən internet xidməti təklif edir. GPON internet xidməti fiber optik xətləri üzərindən təmin edilir. Bu texnologiya 100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz rabitə və telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir. İstənilən fiziki şəxs “Smart Online”-a müraciət etməklə, əhatə dairəsinə aid olan əraziyə keyfiyyətli və yüksək sürətli internet çəkdirə bilər. Xidmətin aşağıdakı üstünlükləri var:

– 100 Mbit/s-ə qədər qoşulma sürəti;
– Kəsintisiz internet;
– Videomüşahidə, IP telefoniya, ODTV və IPTV xidmətlərindən rahat istifadə imkanı;
– Telefon xətlərindən asılılığın olmaması;
– Texniki baxımdan imkanları məhdud ərazilərdə sürətli internet;
– 24/7 texniki dəstək xidməti;

Xidmətə qoşulmaq pulsuzdur.

Statik IP

Hər bir Smart Online abunəçisi Static IP xidmətindən istifadə edə bilər. Statik IP ilə siz təhlükəsizlik kameralarına, terminal serverlərə və digər avadanlıqlara internet vasitəsi ilə qoşula bilərsiniz.Statik IP əldə etmək üçün şirkətin Müştəri Xidmətləri ofisinə və müvafiq ərazi üzrə Dilerlərimizə müraciət edə və ya Elektron Məktub göndərə bilərsiniz.

Qoşulma sxemi